Milli Marketinq Forumu: HAZIRLIQ BAŞLADI


Ölkənin ən mötəbər biznes tədbiri olan – Milli Marketinq Forumuna bugünlərdə hazırlıq prosesi start verildi. Nə az, nə çox düz beş il, mütəmadi olaraq may ayının sonlarında (27 – 29 may) ətrafında keçirilən tədbir Azərbaycan Marketinqin yerini sözün tam mənasında göstərir. Yalnız 2 gün, ölkənin marketinq icması butün diqqətini Milli Marketinq Forumuna cəmləyir. Bu il Forum, xüsusi olacaq. Bilirsiz niyə?

Milli Marketinq Forumu hər il, müzakirəyə çıxardığı mövzularla ölkənin real vəziyyətini göstərir. 2013-cü ildən başlayaraq, Forum formatında marketinqi müzakirə etmək artıq ənənə halına gəlib. Yadıma düşür… ilk Milli Marketinq Forumunda, çoxlu sayda qüsurlar, texniki çatışmamazlıqlar var idi. Hətta deyirlərdi ki: “eşi edə bilmirsiz… etməyində…” amma o sözləri deyən adamlar bugün bizə minnətdarlıq edir. Hər il, forum daha professional formya alır. Hər il, bizə nəyisə daha yaxşı edirik və ən əsası biz hiss edirik ki, edənlər, danışanlardan hər zaman yüksəkdə olur. Neysə mövzudan çox uzaqlaşmadan… sualla qayıdaq.

Bu il keçirilən Milli Marketinq Forumu özündə bəzi yeniliklərlə fərqlənəcək. Bunu biz mütləq etməli edik, çünki bu il beşinci – yubiley tədbirimizdir. Yeniliklər aşağıdakı istiqamətləri əhatə edir:

1. Spikerlər. Bilirsiniz, forumda ən vacib məsələ müzakirə ediləcək kontentin keyfiyyətidir. Bu keyfiyyəti təmin edən əsas faktor əlbəttə, spikerlərin özləridir. Keçirdiyimiz çox saylə tədbirlərdən, iştirak etdiyimiz forumlardan çıxardığımız nəticələrə görə, bu məsələni heç zaman tam həll etmək olmur. AMMA və LAKİN, mütləq çalışmaq lazımdır ki, sözü gedən məsələ, daha sistemli formada təşkil edilsin. Bu il spiker seçimi xüsusi diqqətlə, “gizli” komisiya əsasında, səsvərmə şəkilində olacaq. Amma unutmaq olmaz… səs vermə forum təşkilatçılarının subyektiv fikirləri əsasında olacaq. Elədə olmalıdır.
2. Məkan. Daha əvvəl, biz 4 dəfə 28 Cinemada, daha sonra Cinema Plusda keçirsəkdə, sözü gedən təşkilatla yaxşı, dost münasibətimiz olsada, bu ildən keçiriləcək format tam fərqli olacaq. Biz artıq yer axtarışı üçün, müzakirələrə keçmişik, axtarırq, danışırıq, müzakirələr, müqayisələr edirik. Bu dəfə Foruma daha çox iştirak cəlb etməyi hədəfləyirik və təbii olaraqda yer buna müvafiq formada olmalıdır. Artıq kinoteatr formatı bizə çox balaca gəlir. İstər Dijital Marketinq Konfrans (Kempinski Hotel), istərsədə SAT Forumda keçirdiyimiz Akademik Dram teatr bir mənalı şəkildə kinoteatr formatından daha rahat idi. Bu dəfə məkanımız çox mükəmməl olacaq.
3. Format. Bu dəfə Milli Marketinq Forumunda müzakirələrə daha çox yer veriləcək. Əgər əvvəllər bizdə spikerlərə ümumi panelin 85-90% qədər danışıq vaxtı verirdiksə, bu dəfə vaxt bölgüsündə dəyişiklik edib, zalın payını minimum 35-40% qaldırmaq istəyirik. Bununla biz paylaşma ortamını dahada təşviq etmiş oluruq və bir növ zal (dinləyicilər) müzakirələrdə iştirakçı rolunda olur. Bu bizim üçün çox vacibdir, biz Sizlərdən öyrənmək istəyirik.
Bu ana dəyişiklərlə forumumuz daha əyləncəli, səmimi, faydalı və maraqlı olmasına çalışaceyik. Bunun üçün sözün tam mənasında gecə-gündüz çalışan komandamız var. Komanda demişkən, bu ildən daha bir dəyişiklik Forumun təşkilatı komandasında olacaq. Aysel və Günel xanımlar, bizim tədbirlərin dəyişmək layihə rəhbərləri olsalarda biz yeni, AİRçiləridə təşkilatı komandaya cəlb edirik. Bu AİR komandasının gücünü dahada artıracağına inanırıq.

Keçirdiyimiz butün tədbirlərdə komanda faktoru həll edici rol oynayır. Əminəm ki, bilirsiniz… amma bir daha Sizə deyim ki, bu tip tədbirlər etmək çox çətindir. Bizə etmək ikiqat çətindir. Çünki, biz hər nə qədərdə desək ki, Milli Markeitinq Forumu 3-5 nəfərin etdiyi iş deyil, hamınız bilirsiz ki, əsas ağırlıq yükü Anar Bayramov və Rafiq Hünaltayın üstünə düşür. Bu iki şəxs isə, gündəlik konkret işləri olan insanlardır. Öz işin, ola-ola belə aktivliklərə vaxt ayırmaq həqiqətəndə şücayət tələb edir. Sağ olun dostlar, sağ olun ki, ölkə marketinqinin inkişafı üçün belə aktiv formada çalışırsınız.

İstər Milli Marketinq Forumu, istər Marketinq AİR, istərsədə digər aktivliklərimizin heç birində konkret biznes marağı yoxdur. Bu bizim üçün biznes deyil. Bu bizim şəxs olaraq, marketinq hesabına öyrəndiyimiz biliklərlə qazandıqlarımızın bir hissəsini elə marketinqədə geriyə qaytarmaqdır. Bu super hissdir!

Dostlar hər dəfə dediyimiz kimi, keçirilən hər bir tədbir daha əvvəl olandan yaxşı olur. Əminəm ki, bu tədbirdə Sizlərin çox xuşuna gələcək. Milli Marketinq Forumunda görüşərik, yaxşı?)